
BAKU, Azerbaijan, April 12. On April 11, the
Department of Media and Public Affairs of the Azerbaijan Ministry
of Defense hosted an event attended by representatives from the
Ministry, the Media Development Agency, and various media entities,
Trend reports via
the Ministry of Defense.
The event commenced with a tribute to the National Leader of the
Azerbaijani people, Heydar Aliyev, and the Martyrs, who sacrificed
their lives for the sovereignty and territorial integrity of the
Motherland.
The attendees were presented with comprehensive information
regarding the Ministry of Defense’s Communication Strategy, which
was approved by the relevant decree of the Minister of Defense,
Colonel General Zakir Hasanov.
The meeting featured briefings on the Ministry of Defense’s
communication issues, encompassing media and public relations
activities, initiatives to ensure swift responses to citizen
appeals and enhance public satisfaction, as well as the structure
of the military educational system and the admission procedures for
special educational institutions.
The speakers highlighted the importance of fostering military
patriotism among the youth and maintaining military secrecy during
interviews and filming.
The event concluded with an in-depth exchange of views, where
mutual questions were addressed and participants’ suggestions were
listened to.
============
Bakı. Trend:
Aprelin 11-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə
Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və
media subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir
keçirilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun
müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin
Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən
media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, vətəndaş
müraciətlərinin operativ cavablandırılması və vətəndaş
məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən
tədbirlər, hərbi təhsil sisteminin təşkili, xüsusi təyinatlı təhsil
müəssisələrinə qəbul qaydaları ilə bağlı brifinqlər təqdim
edilib.
Çıxış edənlər gənclər arasında hərbi vətənpərvərliyin
təbliğinin, müsahibə və çəkilişlər zamanı hərbi sirrin qorunmasına
riayət edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar
cavablandırılıb və tədbir iştirakçılarının təklifləri
dinlənilib.

